"Sonata" konteyner gəmisi SIRADAN ÇIXDI

 09:35 03.10.2023     351

Türkiyənin Çanaqqala boğazında 147 metrlik konteyner gəmisi sıradan çıxıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirdən Bolqarıstana gedən 147 metr uzunluğundakı "Sonata" konteyner gəmisinin texnikası Boğazın cənub girişində sıradan çıxıb.

Texnikası xarab olan 147 metr uzunluğundakı Litva bayraqlı gəmi yedək gəmisinin müşayiəti ilə Bozcaada lövbər bölgəsinə aparılıb.

Bundan əlavə, qəza ilə bağlı bölgədəki digər gəmilərin kapitanlarına da məlumat verilib.

Humay İSGƏNDƏRLİ