Hindistan Kanada diplomatlarını ölkədən QOVUR

 09:47 03.10.2023     342

Hindistan Kanadadan oktyabrın 10-dək qırx diplomatı geri çağırmasını tələb edir.

Redaktor.az xəbər verir ki, bu barədə Financial Times (FT) yazır.

Nəşrin məlumatına görə, bu tarixdən sonra Hindistanda qalan bu kanadalı nümayəndələr diplomatik toxunulmazlıqlarını itirə bilərlər.

Mənbələrdən biri Hindistanda 62 kanadalı diplomatın işlədiyini bildirib.

Həmidə İBRAHİMLİ