Almaniya Litvada 4 min əsgərdən ibarət briqada yerləşdirəcək

 10:06 03.10.2023     475

Almaniya Litvaya 4 minlik hərbçidən ibarət briqada göndərmək niyyətindədir.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

"Biz qarşıdakı illərdə atacağımız addımlar barədə litvalı dostlarımızla çox yaxşı danışıqlar aparırıq. Noyabrın sonu və ya dekabrın əvvəlində yol xəritəmiz olacaq və bundan sonra necə hərəkət edəcəyimizi daha dəqiq biləcəyik",- deyə Pistorius deyib.

Briqadanın yaradılmasında əsas məqamlardan biri də Litvaya könüllülərin cəlb edilməsidir.

Pistorius Almaniya hökumətinin Estoniyada sursat istehsalına başlamağı da nəzərdən keçirdiyini bildirib.

Həmidə İBRAHİMLİ