İtaliya Ermənistana 4 milyon avro ayırdı
İtaliya hakimiyyəti Qarabağı könüllü şəkildə tərk etmiş erməni əhalisinə kömək məqsədilə İtaliya “Qırmızı Xaç” Cəmiyyətinə 4 milyon avro ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumatına yayıb.
Məlumata görə, yardım Qarabağı könüllü tərk edərək Ermənistana gedən insanlara dəstək məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl İtaliyada Ermənistan hakimiyyətinin müvafiq yardım üçün Avropa Komissiyasına müraciət etdiyi bildirilirdi.