Fransanın XİN rəhbəri Ermənistana gəlir
Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün Ermənistana gəlir.
Redaktor.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Mən Kiyevdən qayıdıram. İstiqamət Ermənistan".
Məlumata görə, Fransa İrəvandakı səfirliyinə hərbi attaşe təyin edəcək, həmçinin Azərbaycanla sərhəddə yerləşən Sünik rayonunda konsulluq açacaq.
Aidə Ramizqızı