Ermənistan həqiqətin üzə çıxmaması üçün HƏR ŞEYİ EDİR

 13:24 03.10.2023     294

Ermənistan hakimiyyəti Azat kəndində hərbçilərin ölümü ilə bağlı işi ört-basdır etmək üçün hər şeyi edir.

Redaktor.az xəbər verir ki, bu sözləri vəkil Norayr Norikyan mətbuata açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, istintaq avqustun sonunda başa çatıb. Oktyabrdın 4-də Vardanisdə iş ilə bağlı müşavirə gözlənilir. 

"Avqustun 30-da valideynlərlə birlikdə materiallarla tanış olmaq üçün müraciət etdik. Lakin müstəntiq bundan imtina etdi".

Vəkil bildirir ki, prokurorluq və istintaq orqanları zərərçəkmişlərin hüquqlarını kobud şəkildə pozaraq işin məhkəməyə göndərilməsində anlaşılmaz tələsgənlik göstərir.

O, dövləti bu cinayətin üstünün açılmamasında günahlandıraraq deyib ki, həqiqətin ictimaiyyətə təqdim olunmasının qarşısı qəsdən alınır.

Bildirək ki, bu il yanvarın 19-da Ermənistanın Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. 

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisəyə səbəb sobada benzindən istifadə etmək olub. 

Hadisədən sonra 5 yüksək rütbəli hərbçi vəzifədən uzaqlaşdılıb. 

Aidə Ramizqızı