Rusiya Ermənistana xəbərdarlıq ETDİ

 15:17 03.10.2023     372

Ermənistanın KTMT- dən mümkün çıxması ölkə üçün ciddi nəticələrə səbəb olacaq, çünki təşkilatda iştirak bir sıra iqtisadi və siyasi təminatları nəzərdə tutur. Rusiya üçün dövlət rəhbərliyinin belə bir addımı da son dərəcə xoşagəlməz olacaq.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa “Lenta.ru”-ya açıqlamasında deyib.

“Əgər Ermənistan rəhbərliyi KTMT-dən çıxmaq qərarına gəlsə və bununla da öz yanlış siyasətini erməni xalqına izah etməyə çalışsa, bu, ciddi nəticələrə gətirib çıxaracaq. Düşünürəm ki, o zaman tam aydın olacaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti saxlaya bilməyəcək. Ermənistanın çıxışı istənilən halda pis nəticəyə səbəbə olacaq, çünki KTMT iqtisadi və siyasi təminatdır və onların məhv edilməsi təbii ki, bütün ölkəyə mənfi təsir göstərəcək", - Çepa bildirib.

O, həmçinin vurğulayıb ki, erməni xalqı Rusiyaya qardaşdır, ona görə də ölkənin KTMT-dən çıxması hər iki tərəf üçün xoşagəlməz olacaq.

“Qarşılaşma cəhdləri Birləşmiş Ştatların qarşısına qoyduğu vəzifədir. Biz başa düşürük ki, gələcək addımlar münaqişə vəziyyətləri yaratmaq və hadisələri silkələmək deməkdir. Və bunun bütün dünyada dəfələrlə nəyə gətirib çıxardığını bilirik”, - deyə siyasətçi yekunlaşdırıb.

Bundan əvvəl Paşinyan ölkənin aid olduğu təhlükəsizlik sistemlərini səmərəsiz adlandırmışdı.