Nikol Paşinyan Ermənistan üçün bir nömrəli TƏHDİDDİR - erməni deputat OD PÜSKÜRDÜ

Bu gün baş verənlər Nikol Paşinyanın birbaşa yürütdüyü siyasətin nəticəsidir.
Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu "Ermənistan" müxalifət blokunun fraksiyasından olan deputat Areqnaz Manukyan deyib.
"Nikol Paşinyan ölkəmizin bütün təhlükəsizlik arxitekturasını sıradan çıxarıb. O, hakimiyyətini əlində saxlamaq üçün siyasətin anti-Rusiya və anti-İran vektorunu qəbul edib. Hökumət orqanlarının Rusiyaya qarşı ən son nümunələrindən biri də bu gün Roma Statutunun ratifikasiyasıdır. Paşinyanın etdikləri bir daha onun Ermənistana bir nömrəli təhdid olduğunu göstərir"- deyə deputat bildirib.
Aidə Ramizqızı