"Cek"in kostyumu hərraca çıxarılır

 17:30 03.10.2023     412

Hollivud ulduzu Leonardo DiKaprionun "Titanik" filmində canlandırdığı "Cek" obrazının kostyumu hərraca çıxarılacaq.

Redaktor.az xəbər verir ki, geyim noyabrın 9-dan 12-dək Londonda keçiriləcək hərracda satışa qoyulacaq.

Kostyumun ilkin qiyməti 100 mindən 200 min dollara qədər dəyişir.