Zelenski bu dövlətdən kömək istədi

 17:38 03.10.2023     232

Zelenski İtaliyadan hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün kömək istəyib.

Redaktor.az xəbər verir ki, Kiyev hava hücumundan müdafiə sistemini möhkəmləndirmək üçün İtaliyadan kömək istəyib. Bu barədə İtaliyanın "la Repubblica" nəşri məlumat yayıb.

Qeyd edilir ki, Roma ilin sonuna qədər səkkizinci dəstək paketini hazırlaya bilər.

Məlumatda yazılıb: "Zelenski yenidən şəhərlərin hava hücumundan müdafiəsinə töhfə verməyi xahiş etdi".

Xəbərdə İtaliyanın baş nazirinin müavini Antonio Tajaninin hərbi yardımın yeni tranşının hazırlandığını açıqladığı, lakin Romanın Kiyevə hansı silahları təhvil verəcəyinin məlum olmadığı vurğulanır.