Bayden ABŞ-ın müttəfiqləri ilə Ukraynaya yardımı müzakirə etdi

ABŞ Prezidenti Co Bayden Amerika müttəfiqləri və tərəfdaşları ilə telefonla Ukraynaya yardımı müzakirə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev danışıqlardan sonra məlumat verib.
“Bu səhər prezident Bayden Ukraynaya davamlı dəstəyimizi koordinasiya etmək üçün müttəfiqləri və tərəfdaşları ilə telefonla danışdı" - açıqlamada deyilir.
Ağ Ev əlavə edib ki, söhbətin təfərrüatları barədə daha sonra məlumat verəcəklər.
Turan İSMAYIL