ABŞ-nin ən varlı adamı o oldu

 19:30 03.10.2023     273

“SpaceX”in qurucusu, “Tesla”nın baş direktoru və “X” sosial şəbəkəsinin rəhbəri İlon Mask “Forbes” jurnalının hər il tərtib etdiyi TOP 400 ən zəngin ABŞ vətəndaşı siyahısında növbəti dəfə birinci olub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnal Maskın sərvətini 251 milyard dollar qiymətləndirir.

Mask bu siyahının ikinci nömrəsi olan “Amazon”un qurucusu Ceff Bezosdan 90 milyard dollar, İT şirkəti “Oracle”ın qurucusu və direktorlar şurasının sədri Larri Ellissondan isə 93 milyard dollar daha varlı olduğu ortaya çıxdı.

Nəşr vurğulayır ki, ümumilikdə ABŞ-nin ən varlı adamları bir il əvvəlkindən 500 milyard dollar daha varlıdırlar.