"Heç kim İrəvanın KTMT-dən çıxmasını tələb etməyib" - Mirzoyan
Beynəlxalq tərəfdaşlar heç vaxt rəsmi İrəvanın KTMT-dən çıxmasını tələb etməyiblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Sizi əmin edirəm ki, bizim tərəfdaşlarımız heç vaxt Ermənistandan KTMT-dən çıxmağı tələb etməyiblər”, - Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə mətbuat konfransında sualları cavablandırarkən deyib.
T.İSMAYIL