Toyda yanğın zamanı ölənlərin sayı 119 nəfərə çatdı

 08:56 04.10.2023     233

İraqın şimalındakı Neynava əyalətində toyda baş verən yanğın zamanı ölənlərin sayı 119 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb. 

Qeyd edilir ki, hadisə zamanı yanıq xəsarəti almış daha 20 zərərçəkən ölüb.

Hadisə zamanı xəsarət almış gəlinin atası bu yaxınlarda dünyasını dəyişib. Agentliyin məlumatına görə, bəyin valideynləri də dünyasını dəyişib. Yeni evlənənlər özləri də sağ qalmağa müvəffəq olublar.

Yanğınla bağlı 14 nəfər saxlanılıb.

Hadisə sentyabrın 27-də baş verib. Təhlükəsizlik qüvvələrinin mətbuat xidmətinin rəhbəri Saad Moan bildirib ki, yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verib.