Rusiya erməni deputatlara sanksiyalar tətbiq edə bilər

 09:12 04.10.2023     257

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı var”.

Redaktor.az xəbər verir ki, bunu rusiyalı deputat Aleksey Çepa deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi ilə baş verir:

"Belə davranışlara görə parlament üzvləri də məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.