Bu ölkənin prezidenti baş prokuroru çevrilişdə ittiham edir

 09:30 04.10.2023     273

Kolumbiya prezidenti Qustavo Petro baş prokuror Fransisko Barbosanı “Konstitusiyaya qarşı çevriliş” etməkdə ittiham edib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, baş prokuror və oğlu seçki kampaniyasının maliyyələşdirilməsindən qeyri-qanuni istifadə edib.

"Onlar qanundan məsuliyyətsiz formada özlərinə məxsus şəkildə istifadə edirlər və cinayət sənədləri bir jurnal tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə sızdırılır",- deyə Petro bildirib.

Humay İSGƏNDƏRLİ