Paşinyan yenə Fransaya SIĞINDI

 09:40 04.10.2023     327

Ermənistanın beynəlxalq tərəfdaşların maliyə köməyinə ehtiyacı var.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın XİN başçısı Ketrin Kolonna ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyət gərgindir və humanitar vəziyyətin həlli üçün tərəfdaşların birbaşa köməyinə ehtiyac var. 

Paşinyan Qarabağda "etnik təmizləmə" aparıldığını iddia edərək yenə də ermənipərəst tərəfdaşından himayə dilənib. 

O, hətta Azərbaycanın Qarabağda separatçıların "rəhbərlər"inin həbsini də qanunsuz adlandırıb.  

Aidə RAMİZQIZI