“İran öz müşahidəçilərini sərhədə göndərməyə hazırdır”

 12:02 04.10.2023     229

“İran öz müşahidə missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərməyə hazırdır”.

Redaktor.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib. 

“Cənubi Qafqaz regionunda gərginliyin saxlanılması yalnız Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də marağında deyil”, - deyə Baqiri qeyd edib.