İranı məsuliyyətə cəlb edəcəyik - ABŞ

 12:13 04.10.2023     201

İran rejiminin əlində olan yeni silahlar rolunu artırmaq istədiyi ölkə və bölgələrdə dağıntılara və xaosa səbəb olur.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

“Biz İran rejimini məsuliyyətə cəlb etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcəyik. Bunu müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq vasitəsi ilə edəcəyik”, - Patel bildirib.