Əcnəbilər üçün vergi güzəştləri ləğv edilir

 12:34 04.10.2023     237

Portuqaliya prioritet sahələrdə işləməyə gələn gələn əcnəbilər üçün vergi güzəştlərini ləğv edəcək.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya hökuməti ölkədə yaşayan əcnəbilərə edilən vergi güzəştlərini dayandırmağa qərar verib.

Bildirilir ki, bu sxem 2009-cu ildən qüvvədədir və Portuqaliyada prioritet sahələrdə - məsələn, həkim və ya müəllim kimi işləyənlər üçün qazanılan gəlirə görə 20% xüsusi vergi dərəcəsi təklif edilirdi. Əcnəbilər 10% dərəcəsi ilə vergiyə cəlb edilirdi. Lissabon bu stimulu 2008-ci il maliyyə böhranından sonra ölkəyə mütəxəssislər cəlb etmək üçün tətbiq edib.

Baş nazir Antonio Kosta 2024-cü ildən yeni əmək immiqrantlarının bu cür üstünlüklərdən yararlana bilməyəcəklərini qeyd edib. Onun sözlərinə görə, bu cür üstünlüklər vergi ədalətsizliyi yaradıb.

Baş nazirin bəyanatı Lissabonda və digər böyük şəhərlərdə keçirilən genişmiqyaslı nümayişlərdən bir neçə gün sonraya təsadüf edib. Belə ki, portuqallar kirayə və daşınmaz əmlakın qiymətlərinin artmasına etiraz ediblər və bunu ilk növbədə kütləvi turizmlə əlaqələndirirlər.(Publika.az)