NATO Qərbin Ukrayna üçün silah ehtiyatlarının sona çatdığını BİLDİRDİ

 12:45 04.10.2023     447

Qərb ölkələri istehsalın yavaş artması fonunda Ukraynaya silah tədarükünü demək olar ki, tükəndirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer çərşənbə axşamı onlayn yayımlanan Varşava Təhlükəsizlik Forumunda deyib.

“Hətta müharibənin (Rusiya-Ukrayna müharibəsi - red.) başlamasından yeddi il əvvəl hərbi sektorun maliyyələşdirilməsi artdı, lakin istehsal gücü artmadı. Biz Avropada yarı boş anbarlardan tədarüklərə başladıq. İndi “barelin dibi” artıq görünür”,-deyə Bauer qeyd edib.

NATO Hərbi Komitəsinin rəhbəri Qərb ölkələrini silah istehsalını artırmağa çağırıb və münaqişə zamanı hərbi təchizata hazır olmayan Qərb ölkələrinin iqtisadiyyatının modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən