Trampdan ŞOK təklif: Onlar güllələnməlidir

 14:36 04.10.2023     196

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, oğrular güllələnməlidir.

Redaktor.az xəbər verir ki, Ağ Evin keçmiş rəhbərinin Kaliforniyada tərəfdarları ilə görüşü zamanı səsləndirdiyi fikirləri “The New York Times” (NYT) yayıb.

“Əgər bir mağazanı soyarsansa, güllələnməyə hazır olmalısan” Tramp deyib.

Nəşrin jurnalistləri qeyd ediblər ki, ictimaiyyət onun təklifinə coşqu ilə reaksiya verib. İddia olunur ki, görüşdə iştirak edənlər yerlərindən qalxaraq “Tramp! Tramp! Tramp!” qışqırıblar.

Bundan əvvəl Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinin təklif edildiyi bildirilirdi .