Mirziyoyev Rusiyaya gedir

 16:20 04.10.2023     253

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-də Rusiyaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər oktyabrın 7-dək davam edəcək. O, Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Mirziyoyev Rusiyanın baş naziri Mixail Mişustinlə də görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq, ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Səfər çərçivəsində Özbəkistan prezidenti Tatarıstana da səfər edəcək. Burada o, respublika rəhbəri Rüstəm Minnixanovla danışıqlar aparacaq.