Təbrizin tarixi bazarının tavanı çökdü

 16:48 04.10.2023     293

Təbrizin tarixi bazarında yerləşən "Əmir bazarı"nın ("Qızıl bazarı") bir hissəsi çöküb.

Redaktor.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə bazarda olan iş adamları məlumat yayıblar.

Onlar bundan əvvəl Şərqi Azərbaycanın Mədəni İrs İdarəsinə tarixi abidənin təmiri ilə bağlı müraciətlərinin cavabsız qaldığını yazıblar.

İş adamlarının sözlərinə görə, Mədəni İrs İdarəsi qızıl bazarında mağazası olan təbrizlilərin təmir işlərini öz vəsaitləri hesabına aparmalarına dair təklifləri ilə də razılaşmayıb.