Simonyanla bağlı qalmaqal getdikcə böyüyür

 18:00 04.10.2023     254

RT kanalının baş redaktoru Marqarita Simonyan Sibir bölgəsi üzərində termonüvə bombasının partlaması barədə danışdığına görə sibirlilərdən üzr istəməlidir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mariya Prusakova deyib.

“Heç olmasa, bütün Sibir sakinlərindən və xüsusən də bu gün, son bir neçə onillikdə Semipalatinsk poliqonunda sınaqların nəticələrindən əziyyət çəkənlərdən üzr istəməlisiniz. Sizə tövsiyəm odur ki, özünüzün də dediyi kimi, axmaq olub başa düşmədiyiniz məsələləri mətbəxdə müzakirə edin, ictimai məkanda ifadə etməyin. Televiziya şəbəkəsi büdcə pulları hesabına mövcud olan jurnalistin prinsipcə termonüvə bombası partlatmaq imkanını nəzərdən keçirməsini bütün region dərin təhqir kimi qəbul edib”, - o bildirib.