İran kosmosa insan göndərəcəyinə SÖZ VERDİ

 19:45 04.10.2023     295

İran yaxın 5 il ərzində kosmosa insan göndərməyi planlaşdırır. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bubarədə İslam Respublikasının informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur deyib.

“İnsanı və ya digər canlı məxluqu kosmosa göndərmək üçün xüsusi biokapsul yaratmaq lazımdır və biz indi bu prosesin ilkin mərhələsindəyik”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, yaxın aylarda yeni biokapsülün sınaqlarının keçirilməsi planlaşdırılır.

Yusif EYVAZLI