Futbol oynayan uşağı ildırım VURDU

 22:41 04.10.2023     398

Böyük Britaniyanın Hertford şəhərində 12 yaşlı məktəblini futbol turniri zamanı ildırım vurub.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Hadisə sentyabrın 2-də məktəb ərazisində rayon yarışları keçirilən zaman baş verib. Futbol oynayan oğlanı ildırım vurub və ürəyi dayanıb.

Həkimlər gələnə qədər məktəb işçiləri onu xilas etməyə çalışıb. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

"Bunun baş vermə şansı on milyonda birdir", - deyə məktəb direktoru vurğulayıb.

Oğlanla yanaşı, ildırım matçda iştirak edən 50 yaşlı kişini də vurub. O, tibbi yardım üçün xəstəxanaya aparılıb.

Yusif EYVAZLI