Bayden Ukraynaya dəstək mövzusunda çıxış edəcək

 23:48 04.10.2023     311

ABŞ prezidenti Co Bayden yaxın vaxtda Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyi ilə bağlı Konqresdə vçıxış etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə xarici "KİV" məlumat yayıb.

"Mən tezliklə bu məsələ ilə bağlı böyük bir çıxış edəcəyəm, ABŞ və müttəfiqlərinin öhdəliklərini yerinə yetirməsinin niyə vacib olduğunu bildirəcəm", - Bayden bildirib.

Bayden ABŞ Konqresinin Kiyevi maliyyələşdirməkdən mümkün imtina etməsindən narahat olduğunu da etiraf edib (apa).