İngiltərə yeniyetmələrin siqaretdən istifadəsinə qarşı ciddi PLAN hazırladı

 09:35 05.10.2023     279

Böyük Britaniyanın baş naziri Rişi Sunak siqaret çəkmə yaşını hər il artırmaq planını açıqlayıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, plana görə, bu gün 14 yaşında olan uşaq qanuni olaraq siqaret ala bilməyəcək.

"Uşaqlarımız üçün doğru olanı etmək istəyiriksə, ilk növbədə gənclərin siqaretə başlamasının qarşısını almağa çalışmalıyıq.  Çünki ciddi dəyişiklik olmasa, yaxın illərdə minlərlə uşaq siqaret çəkməyə başlayacaq və onların ömürləri qısalacaq. Hər il satın alma yaşını bir il artırmaqla, gələcək nəsillər üçün siqaretlə bağlı ölümlərin qarşısını almaq üçün iddialı bir qanun təqdim etmişik",- deyə baş nazir bildirib.

Humay İSGƏNDƏRLİ