ABŞ-ın maliyyə problemləri Ukrayna üçün fəlakət olacaq - CNN

 09:45 05.10.2023     245

"ABŞ-ın maliyyələşdirməsini müvəqqəti dayandırması “yaxın bir neçə həftə ərzində” Ukrayna hakimiyyəti üçün problemə çevriləcək. Daha əvvəl bildirilib ki, artıq noyabr ayında Kiyev yerli məmurlara maaş verməkdə çətinliklə üzləşə bilər".

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyasının yüksək səviyyəli rəsmiləri özəl olaraq deyirlər ki, “Ukrayna üçün əlavə maliyyənin olmaması döyüş meydanında ciddi narahatlıq yaratmağa başlayır”.

CNN mənbələri hesab edir ki, ABŞ-dan dəstəyin olmaması nəinki Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına, hətta bütövlükdə hərbi münaqişənin gedişatına mənfi təsirini göstərə bilər.

Həmidə İBRAHİMLİ