Kiyev Aİ ilə maliyyə yardımı və sanksiyalara dair dialoqun mürəkkəbliyini etiraf edib

 10:12 05.10.2023     261

Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina ölkəsinin müxtəlif məsələlər üzrə Avropa İttifaqı ilə daimi dialoqda olduğunu bildirib.

Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, maliyyə dəstəyi və sanksiyalarla bağlı Avropa İttifaqı ilə dialoq həmişə çətin olub.

Məlumata görə, Kiyev Aİ ilə müxtəlif məsələlər, o cümlədən hərbi dəstək, sanksiyalar və ya islahatlar proqramı üzrə daimi dialoq aparır. O, əmin edib ki, yarana biləcək hər hansı ikitərəfli məsələ Ukraynanın öhdəliklərini dəyişməyəcək.

Stefanişinanın sözlərinə görə, Kiyev bununla bağlı gərginliyin qarşısını almaq üçün əlindən gələni edir. Ona görə də taxıl məsələsini siyasətdən çıxarmaq üçün bir addım atıb. 

Həmidə İBRAHİMLİ