Varşavada tarixdə ilk dəfə raketdən müdafiə sistemi yerləşdirildi

 13:55 05.10.2023     285

Polşa tarixində ilk dəfə olaraq paytaxt Varşavada raketdən müdafiə sistemi yerləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O bildirib ki, Varşava səmasının təhlükəsizliyini ABŞ-nin “Patriot” sistemi qoruyacaq.

Qeyd olunub ki, sabahdan etibarən döyüş növbətçiliyi başlayacaq.