Paşinyan, Makron, Şolz və Mişel Qranadada Əliyevsiz görüşəcək
Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Nikol Paşinyan, Emmanuel Makron, Olaf Şolz və Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməməsinə baxmayaraq Qranadada görüş keçirəcəklər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi bu barədə İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə bildirib.
“Mövcud vəziyyəti müzakirə etmək, Aİ-nin nə edə biləcəyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək iş perspektivlərini müzakirə etmək üçün, eləcə də Aİ-Ermənistan gündəmini təşviq etmək və dərinləşdirmək üçün Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü keçiriləcək", o, deyib.
T.İSMAYIL