Ermənistan müxalifətindən Rusiya ilə bağlı İDDİA

 16:18 05.10.2023     271

““Ermənistan” müxalif bloku Rusiya sülhməramlı qüvvələrinin həm Qarabağda hərbi tədbirlər zamanı, həm də indiki davranışını başa düşmür”.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 5-də Ermənistan parlamentində “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan deyib.

“Onların heç bir problemə qarışmaması hansısa razılaşmanın olduğunu göstərir”, - deyə Xaçatryan bildirib.