Əhmədinejatın ölkə xaricinə çıxışına qadağa qoyuldu

 17:15 05.10.2023     402

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub.

Redaktor.az Report-a istinadən xəbər verir ki, məlumatı ona yaxın informasiya kanalı yayıb.

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb. Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib.

İnformasiyaya əsasən, keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.