Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşdü
Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Aİ Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.
Redaktor.az xəbər verir ki, dördtərəfli görüş Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.