Krım körpüsü yenidən BAĞLANDI

 19:31 05.10.2023     333

Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb. Məhdudiyyət müvəqqətidir, lakin onun nə qədər davam edəcəyi hələlik məlum deyil.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Körpünün bağlanmasının səbəbləri açıqlanmır. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.

Yusif EYVAZLI