Şolz Zelenskiyə "Patriot" söz verdi

 20:37 05.10.2023     280

Almaniya Ukraynaya daha bir "Patriot" raketdən müdafiə sistemi ötürmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi yazır.

Agentliyin məlumatına görə, Almaniya kansleri Olaf Şolz Ukrayna Prezidenti Volodimir Zelenskiyə qış ayları üçün daha bir "Patriot" raketdən müdafiə sistemi vəd edib. Almaniya hökumətinin başçısı bu barədə Qranadada Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində Zelenski ilə görüşündən sonra bildirib.

Turan İSMAYIL