Pentaqon Ukraynaya hərbi yardımla bağlı iclas elan etdi
ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun oktyabrın 11-də Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasında iştirak edəcəklər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.
"Müdafiə naziri Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Braun oktyabrın 11-də Ukrayna Əlaqə Qrupunun iclasında iştirak etmək üçün çərşənbə axşamı Vaşinqtondan Brüsselə gedəcək" - o, deyib.
Rayder əlavə edib ki, Ukrayna görüşündən sonra Ostin NATO müdafiə nazirlərinin görüşündə iştirak edəcək.
Turan İSMAYIL