Ermənistan Fransa ilə İrəvana hərbi yardım məsələsini müzakirə edir - Xaçaturyan

 23:46 05.10.2023     413

İrəvan Parislə Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün ona yardım məsələsini müzakirə edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan France 2 telekanalında bildirib.

"Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə dəstək olacağına qəti söz verib və hazırda belə məsləhətləşmələr aparılır", - o deyib.

Xatırladaq ki, çərşənbə axşamı Yerevanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Ketrin Kolonna Fransanın Ermənistanla hərbi yardım haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib ki, son 15 ildə Rusiya hakimiyyəti Ermənistana Qarabağ məsələsində güzəştə getməyi təklif edib, lakin Ermənistan hakimiyyəti bununla razılaşmayıb və mübarizəni davam etdirir.

Turan İSMAYIL