Mask məmurları cəzalandırmaq üçün komissiya yaratmağa ÇAĞIRDI
Amerikalı iş adamı İlon Mask öz səlahiyyətlərindən şəxsi və ya siyasi məqsədlər üçün sui-istifadə edən məmurları cəzalandırmaq üçün ABŞ-da xüsusi komissiya yaratmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, X (keçmiş tviter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Milyarder həmçinin bildirib ki, dövlət idarələrinin tam auditi aparılmalıdır.
Daha əvvəl Mask deyib ki, amerikalı siyasətçilər Ukraynaya çox diqqət yetirirlər, lakin Meksika ilə sərhəddə qeyri-qanuni miqrasiya problemini həll etmirlər.
Humay İSGƏNDƏRLİ