Trampa bu vəzifə TƏKLİF EDİLDİ

 16:38 06.10.2023     351

Amerikanın keçmiş prezidenti Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri olmağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. 

"Uzunmüddətli namizəd tapılana qədər qısamüddətliyinə bu postda otura bilərəmmi deyə məndən soruşdular. Əgər qərar verə bilməsələr təklifi qəbul edərəm" - deyə o, bildirib. 

Xatırladaq ki, oktyabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən uzaqlaşdırıb. Onu müvəqqəti olaraq konqresmen Mak Henri əvəz edir. 

NƏRGİZ