Təbii fəlakətlər üzündən on milyonlarla uşaq qaçqın vəziyyətinə düşüb

 22:29 06.10.2023     530

Dünyada yanğınlar, tufanlar, daşqınlar və digər ekstremal hava hadisələrinin artması 43,1 milyonu uşaq olmaqla çoxlu sayda insanı qaçqın vəziyyətinə salıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, UNİCEF hesabatında qlobal problem səbəbindən evini tərk etməyə məcbur olan azyaşlıların sayının artdığını bildirib

Təşkilatın hesablamalarına görə, növbəti 30 il ərzində bu rəqəm demək olar ki, üç dəfə artaraq 113 milyona çatacaq. Məlumat gələcək daşqınlar, siklonlar və digər iqlim fəlakətlərinin proqnozlaşdırılmasına əsaslanır.

Yusif EYVAZLI