Bayden İranı Nobel Sülh Mükafatlı hüquq müdafiəçisini azad etməyə çağırdı

 23:30 06.10.2023     417

ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini Nobel Sülh Mükafatına layiq görülmüş iranlı hüquq müdafiəçisi Narges Mohammadini azad etməyə çağırıb.

Redaktor.az-ın məlumatına görə, Amerika lideri yazılı açıqlamasında “İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram” deyib.

Onun sözlərinə görə, “Birləşmiş Ştatlar iranlıların öz gələcəklərini, söz azadlığını, gender bərabərliyini və qadınlara qarşı zorakılığa son qoymaq imkanlarını dəstəkləmək üçün fəaliyyətini davam etdirəcək”. Bayden əlavə edib ki, Birləşmiş Ştatlar “İranın cəsur xalqını” dəstəkləməkdə davam etmək niyyətindədir və Vaşinqtonun fikrincə, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan respublika hakimiyyəti nümayəndələrinin məsuliyyətə cəlb olunmasını tələb edir.

T.İSMAYIL