İlon Maskın Bakı tviti rekord qırdı – FOTO

 23:36 06.10.2023     649

İlon Maskın Bakıda keçirilən konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.

Redaktor.az xəbər verir ki, “SpaceX”in qurucusu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə əlaqədar öz rəsmi səhifəsində yazı paylaşıb.

Onun X platformasındakı paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub.

Qeyd edək ki, İlon Mask Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb.

22