Moskvaya dron hücumu oldu - FOTO

 09:10 07.10.2023     420

Rusiyada pilotsuz uçuş aparatı qeydə alınaraq zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O bildirib ki, dron İstra şəhərindən Moskvaya hərəkət edirmiş. 

Hadisə ilə bağlı dağıntı və tələfat qeydə alınmayıb.

Qeyd edək ki, ötən ay Moskvaya dəfələrlə dron hücumu edilmişdi.