Slovakiya Ukraynaya hərbi yardımı dayandırır

 11:52 07.10.2023     378

Slovakiyanın müvəqqəti hökuməti partiyaların koalisiya qurana qədər Ukraynaya əlavə hərbi yardım göndərməyi dayandıracağını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Slovakiya hökumətinin nümayəndəsi xəbər verib.

Qeyd edək ki, sentyabrın 30-da Ukrayna əleyhinə olan “Smer” partiyası Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib. “Slovakiyada gedən bürokratik hökumət artıq Ukraynaya hərbi texnika göndərməyəcək”, - “Politico” nəşri nümayəndədən sitat gətirib.

“Dennik N” portalının məlumatına görə, Ukraynaya yardım yeni parlamentin fəaliyyətə başlamasına qədər köçürülə bilərdi, lakin Slovakiya prezidenti Zuzana Çaputova belə plana qarşı çıxıb.