Aİ İsraillə həmrəy olduğunu bəyan etdi

 15:02 07.10.2023     464

Avropa İttifaqı (Aİ) HƏMAS-ın hərbi qanadının hücumu ilə əlaqədar İsraillə həmrəy olduğunu bəyan edir”.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsində yazıb.

“İsraillə bağlı xəbərlər bizi kədərləndirib. Biz birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və qəddarlıq heç nəyi həll etmir. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən