İsraildə fövqəladə vəziyyət elan edildi

 15:14 07.10.2023     439

İsraildə fövqəladə vəziyyət elan edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hökumət aktiv şəkildə silahlı qüvvələri silahlandırır.

Qeyd edilib ki, bunun fonunda Fələstində liderlərin fövqəladə toplantısı çağırılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib, hadisə nəticəsində azı 22 nəfər ölüb.