Qafqazlarda qan tökülməsinə son qoyulması siyasətimizin prioritetidir

 15:26 07.10.2023     311

Siyasətimizin prioriteti Yaxın Şərqdən Qafqazlara qədər, Balkanlardan Qara dənizədək olan bütün ərazilərdə qan tökülməsinə son qoymaqdır.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 4-cü növbədənkənar konqresindəki çıxışında söyləyib.

Türkiyə Prezidenti deyib: “Regional və qlobal tarazlaşdırmanın əsas ölkəsinə çevrilən Türkiyənin bu yoldan geriyə dönməsi əsla baş verməyəcək. Bu gün burada bir daha bəyan edirəm: böyük və güclü Türkiyənin doğuşuna mane ola bilməyəcəksiniz. Türkiyə əsrinin yüksəlişinə əngəl ola bilməyəcəksiniz. Türk millətinin min illər boyu dövlətçilik və mədəniyyət ənənəsinin inkişafının qarşısını ala bilməyəcəksiniz. Məzlumların ahı ilə inləyən dünyanın ədalət və mərhəmətlə yenidən dirçəlməsinə əngəl ola bilməyəcəksiniz. İnsanlığın haqq səsi olan hüquq və həqiqət uğrunda mübarizəmizin yayılmasına əngəl ola bilməyəcəksiniz. Əsrlərdir dünyada davam edən müstəmləkə və zülm düzəninin çökməsinin qarşısını ala bilməyəcəksiniz”.